Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Tailand körfəzində batıb. 75 əsgər xilas edilib, 31 itkin düşən əsgər axtarılır.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, insident hərbi gəmi Praçuap Khiri Xan əyalətinin Banqsafan rayonunda 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib.
Bazar günü axşam saatlarında güclü külək döyüş gəmisinin elektrik sistemini sıradan çıxarıb. Tayland Kral Donanması gəmiyə kömək etməyə çalışmaq üçün mobil nasos maşınları və iki vertolyot göndərib.
Axtarışlar davam etdirilir.