Ağstafada dumanlı hava qəzaya səbəb oldu: Xəsarət alan var

21:43 - 19 Dekabr 2022

Ağstafada dumanlı hava qəzaya səbəb oldu: Xəsarət alan var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.

Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az