Qala-Türkan yolunda DƏHŞƏTLİ QƏZA: Ölənlər var - YENİLƏNDİ

20:01 - 20 Dekabr 2022

Qala-Türkan yolunda DƏHŞƏTLİ QƏZA: Ölənlər var - YENİLƏNDİ

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. 

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.

Hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

Araşdırma aparılır.

***
Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda qəza olub, sürücü və azyaşlı ölüb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “VAZ-2107” avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az