Şəmkirdə 39 yaşlı kişi dəm qazından zəhərlənib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Həsənov Xəyal yaşadığı evdə dəm qazından zəhərlənib.
Ətraflı
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.