Bakıda məhkəmədə FACİƏ: Sabiq vəzifəli məmurun ürəyi partlayıb öldü - FOTO

14:00 - 23 Dekabr 2022

Bakıda məhkəmədə FACİƏ: Sabiq vəzifəli məmurun ürəyi partlayıb öldü - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölən məhkumla bağlı yeni məlumat yayılıb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, Qədimov Şəmil Əli oğlu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. 

13:50

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.

Manset.az xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.

“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, - o, əlavə edib.

Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az