Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində mənzildə baş vermiş yanğın söndürülüb.
Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində genişlənməsinə imkan verillmədən qısa müddətdə alovun qarşısı alınıb.
***
Bakıda yaşayış evində yanğın başlayıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 85A ünvanında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.