Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yaralılar var

10:53 - 24 Dekabr 2022

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yaralılar var

Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az