Daha bir AĞIR QƏZA: Bir ailənin 3 üzvü... - FOTO

16:20 - 25 Dekabr 2022

Daha bir AĞIR QƏZA: Bir ailənin 3 üzvü... - FOTO

Bakı-Quba yolunun 120-ci kilometrində, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

Manset.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.

İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

13:20

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Şabran rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az