Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

20:32 - 25 Dekabr 2022

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmaz şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.

Belə ki, avtomobil rayonun Çinartala kənd sakini Vəlibəyov Arif Daşdəmir oğlunu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az