Datça Yaka Mahallesi Palamutbüküdə axşam saatlarında evindən çıxan 79 yaşlı Mecit Belişah geri qayıtmayıb.
Manset.az haberglobal-a istinadən xəbər verir ki, Belişah ailəsinin tələbi ilə təcili yardım briqadaları və polis qrupları axtarış əməliyyatına başlayıb.
Kənd sakinlərinin də iştirak etdiyi iş nəticəsində Bəlişah qonşusunun bağçasında naringi ağacının altında ölü tapılıb.
Belişahın cənazəsi Datça Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.
