Gəncədə qazi qonşusunun anasını bıçaqladı - Ölən var

09:41 - 28 Dekabr 2022

Gəncədə qazi qonşusunun anasını bıçaqladı - Ölən var

Gəncədə qonşusuna xəsarət yetirən şəxs saxlanılıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 27-si saat 11 radələrində baş verib. Şəhər sakini 1990-cı il təvəllüdlü, Davud İsmayılov xuliqanlıq zəminində qonşusu Kamran Eminovu bıçaqla vurmaq istəyərkən zərbə orada olan Kamranın anasına dəyib. Əl nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya aparılıb.

D.İsmayılov isə polis  əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, D.İsmayılovun 2-ci Qarabağ Müharibəsinin qazisi, 3-cü qrup əlil olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az