Ər arvadının başını, özününsə damarını kəsib öldürdü - Bakıda DƏHŞƏT

11:24 - 30 Dekabr 2022

Ər arvadının başını, özününsə damarını kəsib öldürdü - Bakıda DƏHŞƏT

Bakıda ər arvadının başını kəsib intihar edib.

 

Manset.az trend-ə istinadən xəbər verir ki,  hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o özünün bilək nayihəsini doğrayaraq intihar edib.

Hər iki şəxsin meyiti evdən aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az