“Shaurma N-1”də KÜTLƏVİ DAVA

11:40 - 30 Dekabr 2022

“Shaurma N-1”də KÜTLƏVİ DAVA

Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranında kütləvi dava olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H. Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y. Kutlu xəsarətlər alıb.

Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az