2 obyekdə yanğın oldu

11:30 - 31 Dekabr 2022

2 obyekdə yanğın oldu

Bakıda iki obyekdə yanğın olub.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 480 m² (hər birinin sahəsi 48 m²) olan 10 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları, digər boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində təmirə dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir anoloji hadisə Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan meyvə şirəsi istehsalı sexində qeydə alınıb. Belə ki, sexin ərazisində sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və 10 m² sahədə məişət tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az