Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
***
Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib:
"Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".
***
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.
Qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:03
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.