Cəlilabadda maşın qadını vuraraq öldürdü

14:02 - 01 Yanvar 2023

Cəlilabadda maşın qadını vuraraq öldürdü

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.

Manset.az “Report”a istinadən xəbər verir ki, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi “Ford” tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub.

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az