Gənc oğlan özünü dənizə atdı

23:32 - 01 Yanvar 2023

Gənc oğlan özünü dənizə atdı

Səbail rayonunda intihara cəhd qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dəniz Vağzalının ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Nəzərov Tural Şahin oğlu intihar etmək üçün özünü dənizə atıb.

Lakin o, ətrafdakıların və sahilyanı ərazidə xidmət aparan xilasetmə xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun həyatını xilas edə bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az