Daha bir qəza: avtomobil yoldan çıxaraq aşdı

23:56 - 01 Yanvar 2023

Daha bir qəza: avtomobil yoldan çıxaraq aşdı

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Asim Akif oğlu Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az