İsmayıllıda avtomobillər toqquşdu - Yaralılar var

09:19 - 02 Yanvar 2023

İsmayıllıda avtomobillər toqquşdu - Yaralılar var

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-21099 və “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Nəticədə VAZ-ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az