Şəmkirdə ağır qəza - Bir ölü, iki yaralı

09:59 - 02 Yanvar 2023

Şəmkirdə ağır qəza - Bir ölü, iki yaralı

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov dünyasını dəyişib.

Xəsarət alan 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahovun vəziyyəti isə orta-kafi qiymətləndirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az