Cəlilabadda iki avtomobil toqquşdu - xəsarət alan var

14:17 - 02 Yanvar 2023

Cəlilabadda iki avtomobil toqquşdu - xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, İnqilab Ağamoğlanov xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az