Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Manset.az APA-ya istinadən xəbər veerir ki, hadisə şəhərin 1-ci mikrorayon bina 1, mənzil 24-də qeydə alınıb.
1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Göhvər Hacıyeva, 1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər.