Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

10:53 - 03 Yanvar 2023

Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, yanvarın 2-si saat 3 radələrində şəhər sakini S.Pənahov idarə etdiyi “Hyundai” markalı avtomobili dirəyə vurub.

Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az