Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü oğlu Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.
Onların həmin mənzildə kirayə yaşadıqları məlum olub.
Araşdırma aparılır.