Şabranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

18:51 - 14 May 2023

Şabranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəndob-Yalama yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Manset.az xəbər verir ki, yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ 21014" markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az