Şamaxıda piyadaların vurulması ilə nəticələnən yol qəzasında iki nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəsarət alan piyadalar - Şamaxı sakini 2010-cu il təvəllüdlü Zülfüqarov İsmayıl Arif oğlu və 2001-ci il təvəllüdlü Əhmədov Xəyal Rafiq oğlu rayon mərkəzi xəstəxanasına çatdırıblar. İlkin məlumata əsasən xəsarət alan şəxslər Bakıdakı xəstəxananın Travmatologiya şöbəsinə göndərilib.
***23:01
Şamaxıda piyadaları maşın vurub.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb.
Şamaxı sakini Tural Orucov idarə etdiyi "90 EO 117" dövlət nömrə nişanlı "Priora" markalı avtomobillə piyadaları vurub.
Hadisə nəticəsində xəsarət alan Şamaxı sakinləri 2010-cu il təvəllüdlü Zülfüqarov İsmayıl Arif oğlu və 2001-ci il təvəllüdlü Əhmədov Xəyal Rafiq oğlu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata əsasən, xəsarət alan şəxslər Bakı Travmatologiya şöbəsinə göndərilib.