Ağstafada partlayış oldu: Xəsarət alanlar var (YENİLƏNİB)

23:31 - 15 May 2023

Ağstafada partlayış oldu: Xəsarət alanlar var (YENİLƏNİB)

Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində baş vermiş partlayışda ağır xəsarət alan şəxs Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

 

Manset.az xəbər verir ki, bədəninin 80 faizindən çox hissəsi yanan Bakı şəhəri, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xəsarət alıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb. Digərlərinin müalicəsi davam etdirilir.

***18:55

Ağstafada qaz sızmasından partlayış olub.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az