Ermənistan Kəlbəcər istiqamətində döyüş PUA-ları qaldırdı - FOTOLAR

09:05 - 18 May 2023

Ermənistan Kəlbəcər istiqamətində döyüş PUA-ları qaldırdı - FOTOLAR

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.
Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür








Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az