Yasamalda baş verən yanğın söndürüldü - YENİLƏNİB

22:47 - 21 İyul 2023

Yasamalda  baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda fərdi evdə yanğın olub.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən fərdi evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***19:04

Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində fərdi evdə yanğın başlayıb.

 

Bu barədə  Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az