Zərdabda yaşayış binası yanır

19:40 - 21 İyul 2023

Zərdabda yaşayış binası yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az