Batma təhlükəsi ilə üzləşən 11 nəfər şəxs xilas edilib.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir”, "Nardaran-2", “Şirvan”, “Qızılqum”, “Corat”, “Neftçala”, “Şüvəlan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Qızılqum", “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.