Şəkidə avtomobil aşdı - Xəsarət alan var

01:02 - 02 Dekabr 2023

Şəkidə avtomobil aşdı - Xəsarət alan var

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  hadisə axşam saatlarında rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Əfqan Mahmudov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az