Bakı Sumqayıt yolunda mikroavtobusun beton dirəyə çırpılması nəticəsində hadisə yerində ölən 2-ci şəxsin kimliyi məlum olub.
Manset.az xəbər verir ki, bu 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızıdır.
09:00
Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.