Mingəçevirdə silah-sursat aşkarlandı

21:10 - 14 Dekabr 2023

Mingəçevirdə silah-sursat aşkarlandı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son 2 gün ərzində keçirdiyi əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az