SON DƏQİQƏ! Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO

11:55 - 15 Dekabr 2023

SON DƏQİQƏ! Bakıda yüksək vəzifəli şəxsin xidməti maşını qəzaya uğradı - FOTO

Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Nissan Altima” markalı “90 AO 025” seriyalı xidməti maşını “Toyota Corolla” markalı avtomobil ilə toqquşub.

Nəticədə “Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.

Əldə etdiyimiz məlumata görə, “90 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. O hadisə zamanı maşında olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az