Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapıldı

17:48 - 16 Dekabr 2023

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapıldı

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb.

 

Manset.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin, Şərur Rayonu Polis İdarəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti İstintaq Təcridxanasının əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan 1 ədəd Avtomat Kalaşnikov markalı odlu silah götürülüb. Keçirilmiş tədbir zamanı Səyyub Zeynalovun həmin silahı Şərur Rayonu Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az