Bakıda mikroavtobus kanala düşdü

10:47 - 17 Dekabr 2023

Bakıda mikroavtobus kanala düşdü

Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.
 

Manset.az apa.az-a istinadən xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.

Nazir Mansurovun idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az