Bakıda yaşayış binasında yanğın oldu

19:56 - 19 Dekabr 2023

Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzildə yanğın olub.

 

Bu barədə Manset.az-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə nəticəsində mətbəxdə 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb.

Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az