Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın baş verib - Bir nəfər təxliyə olunub

09:38 - 21 Dekabr 2023

Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın baş verib - Bir nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin hamam otağında 3 m² sahədə hamam əşyaları yanıb.

 

Mnaset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan və 1 ədəd plastikdən ibarət qapı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az