Ağstafada evdə partlayış baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.