Yük avtomobili 88 yaşlı kişini vuraraq öldürdü

17:48 - 25 Dekabr 2023

Yük avtomobili 88 yaşlı kişini vuraraq öldürdü

Şəkidə yük avtomobili 88 yaşlı kişini vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi JAC markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Paşa Hümmət oğlu Mərdanovu vurub.

Xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az