Azərbaycanda qızın atasını bıçaqlaması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ

12:38 - 26 Dekabr 2023

Azərbaycanda qızın atasını bıçaqlaması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ

Bakının Sabunçu rayonunda qızın atasını evdə bıçaqlaması barədə bəzi detallar bilinib.

 

Manset.az xəbər verir ki, qız hadisəni ona kobud davranıldığı üçün edib.

Belə ki, ögey atası onunla kobud davranıb. Nəticədə o, 1987-ci il təvəllüdlü Elman Xəlilovu bıçaqlayıb.//oxu.az

***

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az