Bakıda 2 maşının arasında qalan piyadanın ayaqları amputasiya edildi

09:07 - 03 Yanvar 2024

Bakıda 2 maşının arasında qalan piyadanın ayaqları amputasiya edildi

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xəyyam Elbəy oğlu Məmmədov prospektdə piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.

Bu zaman onu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb.

Piyadanın hər iki ayağı sınıb.

O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az