Bakıda hotelin tüstü bacasında yanğın baş verdi

17:37 - 05 Yanvar 2024

Bakıda hotelin tüstü bacasında yanğın baş verdi

Bakının Nəsimi rayonu, “Mərdanov qardaşları” küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasından başlayıb. Tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az