Qəbələdə ağaca çırpılan maşın yanıb,
Manset.az Apa-ya istinadən xəbər verir ki, yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
22:54
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Əmili kəndində baş verib.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananlar var.