Elvin Basqallı və ailəsinin düşdüyü ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

17:16 - 14 Yanvar 2024

Elvin Basqallı və ailəsinin düşdüyü ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Elvin Basqallı və onun ailəsinin qəzaya düşməsi ilə bağlı rəsmi açıqlama verilib. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Manşet.az-a açıqlamasında qəza nəticəsində xəsarət alan olmadığını bildirib: 

"Hadisə Bakı-Qazax yolunun 196-cı kilometrliyində, Kürdəmir rayonu ərazisində baş verib. Avtomobildə Elvin Basqallı və oğlu ilə yanaşı, qardaşı Tanrıverdiyev Nicat Vahid oğlu və anası olub. "Hyundai Santa Fe" markalı 77-GF-210 dövlət qeydiyyatlı avtomobil buzlaşmada sürəşərək, yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az