Yola qum səpən maşın qəzaya düşdü - Yaralanan var

21:02 - 14 Yanvar 2024

Yola qum səpən maşın qəzaya düşdü - Yaralanan var

Goranboyda yola qum səpən maşın qəzaya  düşüb. 

 

Manset.az-ın məlumatına görə, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib. Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.

Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəılüdlü əməkdaşı Qafarov Əfqan Həbib oğlu çoxsaylı bədən xəsarətləri alıb.

Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az