Avtomobilin vurduğu piyada 24 gün sonra öldü

18:14 - 15 Yanvar 2024

Avtomobilin vurduğu piyada 24 gün sonra öldü

Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Manset.az  xəbər verir ki, hadisə dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az