Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

20:21 - 15 Yanvar 2024

Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az