Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralananlar var

22:30 - 19 Yanvar 2024

Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralananlar var

Ağdaşda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az